Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.
Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.
Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.
Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunub.
09.58
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Bu barədə "Report"a mərhum şairin ailəsindən məlumat verilib.
Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.
Şərhlər